Biləsuvarda ağır yol qəzası olub, iki nəfər yaralanıb

Biləsuvarda ağır yol qəzası olub, iki nəfər yaralanıb
14:52 21 Sentyabr 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 21 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində biri qadın olmaqla iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-agir-yol-qezasi-olub-iki-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR