“Unibank” plastik kart sahiblərinə yeni VIP xidmətlər təklif edir

“Unibank” plastik kart sahiblərinə yeni VIP xidmətlər təklif edir
15:32 21 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Unibank” ASC-nin “Visa Platinum” və Visa İnfinite” plastik kartlarının sahiblərini dünyadakı hava limanlarında yüksək səviyyəli xidmət gözləyir.
“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, müştərilər yeni kart sifariş etmədən öz kartları ilə dünyanın 850-yə qədər hava limanının (o cümlədən Bakıda yerləşən Heydər Əliyev adına Beynəlxalq Aeroportda) gözləmə otaqlarında “Lounge” xidmətindən çox rahatlıqla faydalana biləcəklər. Bu xidmət gözləmə zallarında dincəlməyə, işləməyə, telefondan, faksdan, internetdən istifadə etməyə, qəlyanaltı etməyə imkan verir. Xidmətdən yararlanmaq üçün hava limanlarında “Unibank”ın “Premium” kartları ilə ödəniş etmək kifayətdir.
“Unibank” kartları öz sahiblərinə əlavə dəyər verir. nağdsız ödənişlər zamanı 30%-ə qədər “cashback”, kart hesabındakı qalıq məbləğə 6%-ə qədər depozit bonusu, pulsuz mobil bankinq xidməti, yüzlərlə hədiyyə və endirimlər. Bu günə qədər “Unibank” kartına sahib olan müştərilər təkcə “cashback” layihəsi çərçivəsində 122 min manata yaxın vəsait qazanıb.
“Əgər sizdə “Unibank”ın əmək haqqı, “ALBALI PLUS” kredit və debet, eləcə də digər kartlarından biri varsa, bu o deməkdir ki, kartdakı pulunuzu xərcləsəniz də, xərcləməsəniz də pulunuz dəyər qazanacaq. Bankın loyallıq proqramı olan ƏDV layihəsi kart sahiblərinə kartla əməliyyat zamanı “cashback”, hesabda olan qalığa faiz, xüsusi endirimlər, güzəştlər, mobil bankinqdə əməliyyatlar zamanı bonuslar qazandırır. Bonuslar isə sonda dəyərli hədiyyələrə çevrilir. Əlavə dəyər qazanmaq üçün isə sizin etməli olduğunuz, sadəcə istənilən “Unibank” kartına sahib olmaqdır”, - deyə açıqlamada bildirilir.
“Unibank”dan kart almaq üçün onlayn rejimdə https://onlineservices.unibank.az/OnlineCardOrder/?lang=az linkinə daxil olmaq və yaxud Bankın istənilən filialına yaxınlaşmaq lazımdır. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın www.unibank.az ünvanındakı rəsmi internet səhifəsindən və yaxud “Facebook” və “Twitter” sosuial şəbəkələrindəki səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unibank-plastik-kart-sahiblerine-yeni-vip-xidmetler-teklif-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR