Aleyda Gevara: “Təəssüf ki, ABŞ kimi bir qonşumuz var”

Aleyda Gevara: “Təəssüf ki, ABŞ kimi bir qonşumuz var”
16:23 21 Sentyabr 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

“Kuba Latın Amerikasının ən böyük adasıdır. Adanın çox gözəl qumsalları və şanlı tarixi ilə yanaşı, ABŞ kimi qonşusu da var. Bu Kuba üçün olduqca çətin bir vəziyyətdir”.

Bu sözlər Kuba inqilabının lideri Ernesto Çe Gevaranın qızı Aleyda Gevaraya aiddir.

Publika.az xəbər verir ki, A.Gevara bu sözləri İsveçrə-Kuba Dostluq Dərnəyinin təşkil etdiyi “Kuba inqilabının 21-ci əsrə tutduğu işıq” adlı konfransda çıxış edərkən deyib.

İsveçrənin paytaxtı Berndə baş tutan tədbirə Latın Amerikası və Asiya ölkələrindən bir çox təmsilçi qatılıb.

İnqilabçı liderin qızı ABŞ-ın Kubaya vurduğu ziyanlardan söhbət açıb:

“ABŞ-ın Kubaya tətbiq etdiyi sanksiyalar bu günə qədər davam edir. Bu ölkə ölümcül xəstəliklərə qarşı Kuba xalqını ən zəruri dərmanlardan məhrum buraxıb, dərman verməyə niyyəti olan şirkətləri isə cəzalandırıb.

Kuba böyük ölçüdə nikel materialı kimi mədənlərə sahibdir. Ancaq keçmişdə ölkəmizin bu mədənlərdən istifadə edəcək potensialı olmadığı üçün mədənləri çox ucuz qiymətə ABŞ-a satmağa məcbur olub. Tarix boyu öncə İspaniya, daha sonra ABŞ-ın istismarına məruz qalan Kuba bu gün tamamilə öz xalqına mənsubdur”.

O, torpaqların Kuba xalqına qazandırılmasında atasının da payı olduğunu deyib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR