Azərbaycanda bu qəsəbəni sahibsiz itlər basıb - SAKİNLƏR TƏLAŞDA

Azərbaycanda bu qəsəbəni sahibsiz itlər basıb - SAKİNLƏR TƏLAŞDA
16:24 21 Sentyabr 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanda daha bir azyaşlını küçə itləri hücum edib dişləyib. Bu barədə Lent.az-a hadisənin şahidləri xəbər verib. 

Bildirilir ki, dünən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 5-6 yaşında qızı küçədə it dişləyib. Qəsəbə sakini Həsən Əliyevin sözlərinə görə, qəsəbə bir çox məhəllədə sahibsiz itlərin əlindən sakinlər gedib-gələ bilmirlər: “Dünənki hadisədən sonra məktəblilər məktəbə getməyə qorxurlar. Axşam işdən təzəcə gəlmişdim ki, küçədən itlərin səsini eşitdim. Həyətə qaçdım ki, itlər cavan gəlini divara qısıblar. İtləri qovdum. Mən daim küçədə keşik çəkə bilmərəm axı?! İtə daş atırsan, qaçmaq əvəzinə adamın üstünə cumur. Aidiyyatı qurumlar bu işlə məşğul olmalıdır”.

 

H. Əliyev məsələ ilə bağlı bələdiyyəyə, icra hakimiyyətinə müraciət etsə də, müraciətinə baxılmayıb.

 

Məsələ ilə bağlı Abşeron Rayon Mehdiabad bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədrinin müavini Elşən Şixəliyev Lent.az-a bildirdi ki, məsələdən xəbərdardırlar. “Bələdiyyə sədri ilə bu məsələni bu gün müzakirə etdik. Sabah qəsəbədəki sahibsiz itlər toplanacaq”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR