Fit çalmaq və telefon nömrəsi istəmək qadağan ediləcək

Fit çalmaq və telefon nömrəsi istəmək qadağan ediləcək
16:33 21 Sentyabr 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Emmanuel Makron ölkədəki cinsi ayrı-seçkiliyi aradan qaldırmaq və qadınlara qarşı təcavüzləri azaltmaq üçün yeni qanunlar qəbul edib.

Publika.az xəbər verir ki, prezident bu məqsədlə ictimai məkanlarda qadınlara fit çalmaq və onlardan telefon nömrələrini istəmək kimi adətləri qadağan etmək üçün qanun layihəsi imzalayıb.

E.Makron məsələ barədə hələ seçki kampaniyaları zamanı söz açmışdı. Hazırda isə layihənin tətbiq edilməsi üçün komanda qurub.

Komandada yer alan 5 vəkil cinayətlərə verilən cəzalardan öncə küçə təcavüzünün hüquqi çərçivələrini təyin etmək üçün işlərə başlayıb. Layihəyə qarşı çıxanlar da az olmayıb. Onlar küçə təcavüzünün qarşısının alınmasının çətin məsələ olduğunu, çünki cinayətin işlənməsini sübut etmək üçün nadir hallarda dəlil tapılacağını deyib.

Fransada ictimai nəqliyyatda və küçədə qadınlara yaxınlaşmaq və kobud rəftar etmək, fit çalmaq kimi ənənələr artıq fenomen halına gəlib. Qadınlar olduqca narahat olsalar da, kişilər bu ənənədən məmnundurlar.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR