Azərbaycan magistrallarında vəziyyət necədir?

Azərbaycan magistrallarında vəziyyət necədir?
10:42 9 Yanvar 2015
178 Sosial
Ölkə mətbuatı
A- A+

Yol polisi Azərbaycanda magistral yollardakı vəziyyəti açıqladı
Daxili İşlər Nazirlyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə deyib ki, ölkə ərazisində bir sıra bölgələrdə qar çox yağsa da, yollarda nəqliyyatın hərəkəti üçün ciddi problem müşahidə edilmir:

“Hazırda Bakı-Şamaxı yolunda qar yağmır, yol açıqdır. Muğanlı-İsmayıllı yolunda qar yağır, amma yol təmizlənir, hərəkət mövcuddur, lakin intensivlik azdır. Ağsuda qar az yağıb, yollar təmizdir, normal hərəkət var, hərəkət intensivliyi aşağıdır. Bakı-Quba yolunda Ceyranbatan ərazisinə qədər yollara qum səpilib, hərəkət normaldır. Siyəzən-Dəvəçi-Quba-Qusar ərazisində qar var, ayrı-ayrı yerlərdə yollar buz bağlayıb, lakin nəqliyyat vasitələrinin hərəktində ciddi problem yoxdur. Bakı-Qazax yolunun Qaradağ rayonunun Sahil qəsəbəsinədək yollar eynilə Bakının giriş-çıxışındakı kimidir, yollara qum tökülüb, hərəkət normaldır. Sahil qəsəbəsindən Qazax rayonunda Gürcüstan sərhədinə qədər yollar qurudur, qar yoxdur. Ələt-Astara yolunun Salyan hissəsində qar yoxdur, amma Cəlilabad-Masallı-Lənkəran-Astara rayonları istiqamətində qar yağır. Buna baxmayaraq, yol açıqdır, nəqliyyatın hərəkəti normaldır".

Şöbə rəisinin sözlərinə görə, qar ən çox Zaqatala-Balakən-Şəki zonasına yağıb. Buna baxmayaraq, yollar təmizlənib, nəqliyyatın hərəkəti müşahidə edilir, müvafiq yol təsərrüfatı idarələri tərəfindən mütəmadi olaraq yollarda təmizlənmə işləri aparılır.

BDYPİ sözçüsü bir daha sürücülərdən diqqətli olmağı, meteoroloji şəraiti nəzərə almağı tövsiyə edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR