Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edib

Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edib
16:37 21 Sentyabr 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki. 21 sentyabr. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edib.
"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, qəbul xidmətin Şəki rayon şöbəsində keçirilib.
Görüşdə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının 30-dan artıq sakini iştirak edib.
Vətəndaşların müraciətləri daha çox müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, təkrar tibbi müayinəyə cəlb olunma, möhlət hüququnun verilməsi, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.
Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.











Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/arzu-rehimov-sekide-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR