Bu universitet tələbələri hicablı, üzü tüklü dərsə buraxmır

Bu universitet tələbələri hicablı, üzü tüklü dərsə buraxmır
16:49 21 Sentyabr 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev sentyabrın 18-də tələbələrin qarşısında çıxış edərkən dərsə hicabla gələn tələbələrin universitetə buraxılmayacağını deyib. Məsələ ilə bağlı universitetinin mətbuat xidməti Lent.az-a rəsmi açıqlama verib.    

 

Açıqlamada Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7. bəndinə əsasən universitetdə təhsilalanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən olunduğu deyilir: “Buna uyğun olaraq Mingəçevir Dövlət Universitetində "Təhsilalanların daxili intizam Qaydaları"nın 2.3. bəndinin 10-cu abzasında qeyd olunur ki, tələbələrə hicablı və digər dini atributları üzərində daşıyaraq, üzü tüklü (taraş olunmamış) vəziyyətdə təhsil ocağına daxil olmağa icazə verilmir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR