Tramp Şimali Koreya barədə bəyanat verəcək

Tramp Şimali Koreya barədə bəyanat verəcək
19:38 21 Sentyabr 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə bağlı əhəmiyyətli bəyanat verəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster bildirib.

“Prezident Koreya Xalq Demokratik Respublikası ilə bağlı problemin həlli üzrə səylərimizin davamı haqqında əhəmiyyətli bəyanat verəcək”, - Makmaster qeyd edib.

CNBC telekanlı isə xəbər verib ki, Tramp Şimali Koreya barəsində yeni sanksiyaları elan etmək niyyətindədir.

Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında bildirib ki, ABŞ Vaşinqton və müttəfiqləri üçün təhlükə yaranacağı halda Koreya Xalq Demokratik Respublikasını tamamilə məhv etməyə hazır olacaq.

Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin başçısı Li Yon Xo vurğulayıb ki, ölkənin ünvanına belə ritorika “itin hürməsi”ni xatırladır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR