“ABŞ prezidenti Donald Trampın sözləri onun güclü olmasından deyil, acizliyi və başıboşluğundan irəli gəlir”.
Publika.az xəbər verir ki, bu sözləri İranın
ali rəhbəri Ayətullah Xameneyi BMT-nin 72-ci sessiyasında ABŞ
prezidenti Donald Trampın çıxışına münasibət bildirərkən deyib. O,
qeyd edib ki, ABŞ-ın qərbi Asiyada uzunmüddətli planları İranın
təsiri nəticəsində pozulub, bu isə onları narahat edir və
əsəbiləşdirir.
Ayətullah Xameneyi bu əsəbi münasibəti İran İslam Respublikasının
gündən-günə inkişafı ilə əlaqələndirib: “Bu səfeh, kobud və “kovboy
ədəbiyyatı” üzərində qurulmuş yalanla dolu nitq ABŞ prezidentinin
acizliyinin və başıboşluğunun göstəricisidir. ABŞ prezidentinin
çıxışı heç də Amerika xalqı üçün fəxredici deyil. ABŞ xalqı belə
bir prezidenti olduğu üçün utanır və dəfələrlə bunu bəyan edib.
Amerika uzun illər öncə Yaxın Şərqlə bağlı 3 istiqamətdə - İraq,
Suriya və Livan üçün böyük planlar cızdı və bunların hamısı
uğursuzluqla nəticələndi. Plana əsasən qədim tarixə və
sivilizasiyaya malik olan İraq, müqavimət mərkəzi olan Suriya və
özünəməxsus yeri olan Livan ABŞ və sionist rejimin siyasəti altına
keçməli idi. Lakin bu gün regiondakı həqiqətlər bunun başqa cür
olduğunu göstərir. Onlar Livanda heç bir iş görə bilmədilər, İraqda
da istəklərinin əksi baş verdi. Suriyada da bu qədər misilsiz
cinayətlər törətmək və ölkə əhalisini qətlə yetirmələrinə
baxmayaraq, sonda küncə qısıldılar. İran İslam Respublikasının
təsiri ABŞ və sionist rejimin planlarını pozdu. Bu isə onların
əsəbiləşmələrinin əsas səbəbidir”. (apa)