Radioaktiv tullantılar üçün yer qalmayıb - SOS

Radioaktiv tullantılar üçün yer qalmayıb - SOS
20:28 21 Sentyabr 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Çernobıl Atom Elektrik Stansiyasında radioaktiv tullantıların saxlanılması üçün yer çatmır.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Özgəninkiləşdirmə zonanın idarə edilməsi üzrə Ukraynanın Dövlət Agentliyinin mətbuat xidməti bildirib.

Bildirilir ki, hazırda Atom Elektrik Stansiyasında təxminən 20 min kubmetr maye radioaktiv tullantı toplanıb. Bu, iki mövcud anbarın tutumudur.

Mütəxəssislərin ilkin hesablamalarına görə, onların emalına təxminən 29 il lazımdır.

Daha əvvəl verilən xəbərə görə, Ukrayna hökuməti Çernobıl Atom Elektrik Stansiyasını cazibədar investisiya layihəsinə çevirməyə hazırlaşır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR