Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb

Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb
04:32 22 Sentyabr 2017
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası, Türkiyə və Gürcüstan universitetlərinin 6 fəal tədqiqatçısına və professoruna Beynəlxalq Şəhriyar medalı, fəxri fərman və heykəldən ibarət olan mükafat təqdim olunub.
İranın Naxçıvandakı baş konsulluğundan "Report"a verilən məlumata görə, mükafatlara Naxçıvandan olan tərcüməçi Mirəsgər Behbudlu, Türkiyənin Ərzurum Dövlət Universitetinin professoru Veys Ormançay, Tiflis Dövlət Universitetinin professoru xanım Şurğaya, İranın Gürcüstandakı mədəniyyət attaşesi Müctəba Kamranfər, İranın Ərzurumdakı mədəniyyət attaşesi Həsən Dideban və Qərbi Azərbaycanın Milli Mədəni əlqələr sahəsindəki mədəni fəalı olan Mustafa Quluzadə layiq görülüblər.
Qeyd edək ki, mükafata layiq görülən qaliblərdən Mirəsgər Behbudlu 30 ildir ki, Naxçıvanın görkəmli tərcüməçilərindəndir, İran və İslam barəsində 70 tanınmış əsəri Azərbaycan dilinə tərcümə və redatkə edib.



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/naxcivanin-taninmis-tercumecisi-beynelxalq-medala-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR