Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

Azərbaycan Premyer Liqasında VI tura start veriləcək
07:47 22 Sentyabr 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək. “Report” xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.
Təqvimə əsasən, həftənin açılış matçı Sumqayıtda “Kapital Bank Arena”da olmalı idi. Lakin “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, “Sumqayıt” oyunun yerinin dəyişdirilməsini istəyib. Azərbaycanı Çempionlar Liqasında təmsil edən Ağdam klubu qrup mərhələsinin “Roma” ilə görüşündən öncəki oyununu təbii örtüklü meydançada keçirməyi uyğun gördüyü üçün bu cür addım atıb. Rəqib komandanın da razılıq məktubunu alan PFL qarşılaşmanın yerinin dəyişdirilməsinə razılıq verib.
Oyuna gəlincə, son çempion “Qarabağ” hələlik itkisiz irəliləyir. Dörd oyundan maksimum xal toplayan Qurban Qurbanovun komandası cəmi 2 qol buraxıb. “Köhlən atlar” hazırda 2-ci pillədə olsalar da, 1 xal geri qaldıqları “Zirə” ilə müqayisədə 1 oyun az keçiriblər.
Hazırda 7 xalla 5-ci sırada olan “Sumqayıt” isə fərqli qrafik cızır. Samir Abasovun baş məşqçisi olduğu komanda 5 oyundan 2-də uduzub, 2 dəfə 3 xala sevinib.
Azərbaycan Premyer Liqası
VI tur
22 sentyabr
19:00. “Qarabağ”-“Sumqayıt”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-azerbaycan-premyer-liqasinda-vi-tura-start-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR