Tramp və Ərdoğandan Kürd Muxtariyyətinə xəbərdarlıq

Tramp və Ərdoğandan Kürd Muxtariyyətinə xəbərdarlıq
08:04 22 Sentyabr 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan İraq Kürd Muxtariyyətində sentyabrın 25-nə planlaşdırılmış müstəqillik referendumuna qarşı çıxış edərək, onun  keçiriləcəyi təqdirdə ciddi fəsadlara səbəb olacağını bəyan ediblər.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Nyu Yorkda D.Tramp və R.T.Ərdoğan arasında baş tutan görüşün yekunlarına dair məlumatda bildirilir.  

 

“Prezidentlər kürd liderlərini bütün məsələlər üzrə intensiv danışıqlar prosesinə başlamağa çağırıblar. ABŞ və Türkiyə bu prosesi qəbul etməyə və hərtərəfli dəstək verməyə hazırdır”, - deyə Ağ Evin məlumatında bildirilir.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR