Pxenyan Trampı hidrogen bombasıyla hədələdi

Pxenyan Trampı hidrogen bombasıyla hədələdi
09:08 22 Sentyabr 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edən Şimali Koreyanın XİN rəhbəri Li Yon Xo jurnalistlərə bildirib ki, Pxenyan Donald Trampın BMT-dəki nitqinə cavab olaraq, Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə bilər.

APA-nın xəbərinə görə, bu barədə “Renhap” agentliyi məlumat yayıb.

Şimali Koreyanın lideri Kim Çen In bundan əvvəl Trampın çıxışını “ağılsız”, onun özünü isə “alovla oynayan xuliqan və quldur” adlandırıb və nitqinə cavab olaraq sərt tədbirlər görəcəyini vəd edib.

Qeyd edək ki, Donald Tramp çıxışında KXDR-in ABŞ-ın təhlükəsizliyinə təhdid yaradacağı təqdirdə bu ölkə yerlə yeksan edəcəyini deyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR