Bakıda Avropa çempionatı başlayır

Bakıda Avropa çempionatı başlayır
09:13 22 Sentyabr 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək.

Publika.az xəbər verir ki, qitə birinciliyinin oyunları 3 məkanda keçiriləcək.

Turnirin A və C qrupunun, eləcə də yarımfinal və final oyunları Bakıda Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə Yeni İdman Sarayında baş tutacaq.

A qrupunda yer alan Azərbaycan yığması ilk oyununu Macarıstan milli komandasına qarşı keçirəcək.

Avropa çempionatı

I tur

22 sentyabr

A qrupu

18:00. Macarıstan – Azərbaycan

20:00. Almaniya – Polşa

Bakı. Milli Gimnastika Arenası

B qrupu

18:00. İtaliya – Gürcüstan

21:00. Belarus – Xorvatiya

Tbilisi. Yeni İdman Sarayı

C qrupu

15:30. Ukrayna – Rusiya

Bakı. Milli Gimnastika Arenası

D qrupu

17:00. Serbiya – Çexiya

20:00. Hollandiya Belçika

Göygöl. Olimpiya İdman Kompleksi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/214226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR