Qastritin əlamətlərini azaldan təbii üsullar

Qastrit mədənin selikli qişasında iltihabi və ya iltihabi-distrofik dəyişikliklər ilə müşayiət olunan, adətən, uzunmüddətli gedişə malik xəstəlikdir.

Metbuat.az xəstəliyin azaldılması üçün xalq təbabəti üsullarından bəzilərini təqdim edir.

Düyü suyu

Düyünü bir litr suya əlavə edib qaynadın və qarışığı süzün. Qastritin əlamətlərini azaltmaq üçün gündə 2 dəfə (1, 2 stəkan) bundan için.

Cəfəri suyu

Cəfəri mədənin selikli qişasını sakitləşdirən iltihabəleyhinə xüsusiyyətə malik güclü sidikqovucudur. Bir dəstə cəfərini bir litr suda qaynadın. Gün boyu bu çaydan için.

Yerkökü və kərəviz suyu

Bu suyu əldə etmək üçün öncə 2 yerkökü ilə bir neçə kərəviz sapı və biraz su qarışdırın. Mədə yanmalarını aparmaq üçün su köməyinizə çatacaq.

Zəncəfil və armud

Qasrit və mədə turşuması əlamətlərini azaltmaq üçün zəncəfil və armud istifadə edərək çay hazırlaya bilərsiniz. Bu çaydan gün ərzində için. Bir ədəd armudu 2 çay qaşığı sürtgəcdən keçirilmiş zəncəfillə qaynadın. 1-2 stəkan çıxacaq qədər su əlavə edin.

Aysel Yaqubqızı / Metbuat.az

Oynaq ağrılarını sağaldan təbii qarışıq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR