Bir gecədə dünyanın ən varlı qadını oldu - 33,3 milyard dollar sərvəti var

Bir gecədə dünyanın ən varlı qadını oldu  - 33,3 milyard dollar sərvəti var
10:48 22 Sentyabr 2017
148 Şou
Ölkə mətbuatı
A- A+

“Loreal” kosmetika şirkətinin sahibi Lilian Bettankurun ölümündən sonra dünyanın ən varlı qadını titulu Elis Uoltona keçib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Walmart” mağazalar şəbəkəsinin sahibi Sem Uoltonun qızı Elis Uolton dünyanın ən zəngin qadını olub. “Forbes” jurnalının yazdığına görə, böyük imperiya varisinin sərvəti $ 33,8 milyard qiymətləndirilir. O, ən varlı adamların ümumi reytinqdə 17-ci yeri tutur.

Xatırladaq ki, “L'Oreal” şirkətinin şəriki və kosmetik qrupunun banisinin qızı 94 yaşlı Lilian Bettankur dünən 94 yaşında vəfat edib. Fransız qadın 44,6 milyard sərvətin sahibi idi.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/214239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR