Gədəbəy rayonunda dəhşətli hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirərək hadisə yerini tərk edib.
Faktla əlaqədar cinayət işi başlanıb.