Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli
nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar
İnstitutunun direktoru Sergey Markov Dağlıq Qarabağ münaqişəsinin
nizama salınmasında yenidən “Kazan düsturu”nu gündəmə gətirib.
Publika.az xəbər verir ki, S.Markov “vestnikavkaza”
saytına açıqlamasında “Kazan düsturu”nun münaqişənin nizama
salınmasına kömək edəcəyini bildirib.
“Bu sənədə görə dəhliz saxlanılır, Qarabağ ətrafındakı rayonlar
qaytarılır. Bundan sonra Dağlıq Qarabağın tədricən Azərbaycanın
tərkibinə reinteqrasiyası başlanmalıdır. Aydındır ki, qaçqınlar
qayıdandan sonra erməni icması da Qarabağda qalacaq. Bu,
münaqişənin nizama salınmasında ən optimal sülh yoludur”, - deyə
Markov vurğulayıb.
Asif