Məhərrəmlikdə Bakıda müsəlmanları qəzəbləndirəcək festival keçiriləcək

Məhərrəmlikdə Bakıda müsəlmanları qəzəbləndirəcək festival keçiriləcək
12:33 22 Sentyabr 2017
215 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda “Oktaberfest” pivə festivalı təşkil ediləcək.

Publika.az xəbər verir ki, festival 28, 29 və 30 sentyabr tarixlərində Bakının müxtəlif məkanlarında təşkil ediləcək.

Festivala gələn qonaqlara alman pivəsi ilə yanaşı, Bavariya üsulu ilə hazırlanmış ətli çörək, müxtəlif çeşidli qızartma sosislər, orijinal alma strudeli və başqa təamlar təqdim ediləcək. Qonaqlar 49 azn ödəniş etməklə, 2 bakal əsl alman pivəsi və sadalanan təamlardan limitsiz sifariş edə biləcəklər. “Pullman” oteldə təşkil ediləcək festivalda alkaqolsuz “Bitburger” və filtr olunmamış “Erdinger”, “Dark beer” pivələri satılacaq.

Festivalın digər məkanı isə “JW Marriott Absheron Baku Hotel”də yerləşən “Fireworks Urban Kitchen” restoranı olacaq. Burada qonaqlar 55 azn ödəniş etməklə limitsiz sayda pivə, qrildə hazırlanan sosislər, alma piroqu, yager-şnitsel sifariş edə biləcəklər.

Festivalda iştirak edənlər, həmçinin, ağ və qırmızı şərablar, draftlardan dada biləcəklər.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/214262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR