Azər Hüseynbalanın səhhəti ilə bağlı YENİ XƏBƏR

Azər Hüseynbalanın səhhəti ilə bağlı YENİ XƏBƏR
12:34 22 Sentyabr 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Ürək damarına stend qoyulan jurnalist Azər Hüseynbala palataya köçürülüb.
 
Bu barədə APA-ya jurnalisti əməliyyat edən həkim, Mərkəzi Klinik Xəstəxananın kardioloqu Oqtay Musayev məlumat verib. Onun sözlərinə görə, Azər Hüseynbalanın vəziyyəti normaldır, bu gün reanimasiyadan palataya köçürülüb.
 
A. Hüseynbala sabah evə buraxılacaq.
 
Qeyd edək ki, jurnalist Azər Hüseynbala iki gün əvvəl infarkt keçirib. Ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən jurnalist anjio olunub, ürək damarlarından birinə stend taxılıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR