Beş yeni “ASUS” smartfonu təqdim olunub

Beş yeni “ASUS” smartfonu təqdim olunub
12:35 22 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

“ASUS” şirkəti Romada keçirilən təqdimatda yeni “ZenFone 4” istehsal xəttindən beş smartfon nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, istehsalçı xüsusi diqqəti yeni qurğuların kameralarına yönəldib: bütün modellər qoşa fotomodulla təchiz edilib və keyfiyyətli fotoşəkillərin yaradılması üçün nəzərdə tutulub.

İlkin təqdim edilən “ZenFone 4 Pro” smartfonu 5,5 düym diaqonallı “AMOLED” ekrana malikdir və qabaqcıl “Qualcomm Snapdragon 835” mobil prosessoru əsasında işləyir. Qurğu 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də 3600 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.

“ZenFone 4 Pro” modelinin arxa panelində 12 və 16 meqapikselli kameralardan ibarət qoşa fotomodul, üz tərəfində isə 8 meqapikselli ön sensor quraşdırılıb. Bundan başqa, yeni qurğu 1 giqabit tutumlu buraxılış qabiliyyətinə malik “LTE” modulu ilə təchiz edilib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, bu, oxşar funksionallığa malik ilk kütləvi qurğudur.

Yeni istehsal xəttindən növbəti “ZenFone 4” smartfon modeli “Super IPS+” standartlı 5,5 düym diaqonallı displey və “Qualcomm Snapdragon 630” prosessoru ilə təchiz edilib. Qurğu 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. Akkumulyator tutumu 3300 milliamper/saat təşkil edir.

“ZenFone 4 Pro”da olduğu kimi, 12 və 8 meqapikselli kameralardan ibarət qoşa fotomodul arxa paneldə yerləşir. Bundan əlavə, qurğu 8 meqapikselli ön sensora malikdir.

Həmçinin istehsalçı “ZenFone 4 Selfie Pro” və “ZenFone 4 Selfie” smartfonlarını nümayiş etdirib. Onların başlıca xüsusiyyəti üz tərəfdə yerləşən qoşa “selfi” kameraya malik olmasındadır.

Hər iki smartfon 5,5 düym diaqonallı “Full HD” ekran, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. Həmçinin qurğular 16 meqapikselli tək əsas kameraya malikdirlər.

Modellər arasında yeganə fərq quraşdırılmış prosessordadır: “ZenFone 4 Selfie Pro” “Qualcomm Snapdragon 625” çipi ilə təchiz edilib, kiçik versiya - “ZenFone 4 Selfie” isə “Snapdragon 430” əsasında işləyir.
 
Sonuncu təqdim edilən qurğu “ZenFone 4 Max” smartfonudur. Qurğu 5,5 düym diaqonallı 1280 x 720 piksel təsvir ölçülü “IPS” ekran və arxa paneldə yerləşən qoşa fotomodula malikdir.

Komplektləşdirmədən asılı olaraq yeni qurğu “Qualcomm Snapdragon 430” və ya “Qualcomm Snapdragon 425” prosessor, eləcə də 3 və ya 4 giqabayt tutumlu operativ yaddaşla təchiz edilir.

Modellərin sadə xüsusiyyətlərini sürətli enerjidoldurma imkanına malik 5 min milliamper/saat tutumlu akkumulyator kompensasiya edir. Bundan əlavə, smartfon ayrıca işıq diodlu işıqlandırıcıya malik 8 meqapikselli ön sensorla təchiz olunub.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-50203-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR