25 il əvvəl dünyasını dəyişən məşhur musiqiçinin holoqramması turneyə çıxacaq

25 il əvvəl dünyasını dəyişən məşhur musiqiçinin holoqramması turneyə çıxacaq
12:57 22 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ 25 il əvvəl dünyasını dəyişən məşhur rok-musiqiçi Frenk Zappa pərəstişkarlarını yenidən sevindirəcək. 
"Report" BBC-yə istinadən xəbər verir ki, o, holoqramma şəklində turneyə çıxacaq.
Konsertlər 2017-ci ilin sonunda başlayacaq və 2018-ci ildə davam edəcək. F.Zappanın holoqramması ilə birlikdə onun keçmiş musiqi tərəfdaşları çıxış edəcək.
Holoqramma "Eyellusion" şirkəti tərəfindən hazırlanıb.
Çıxışların harada baş tutacağı hələlik məlum deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/25-il-evvel-dunyasini-deyisen-meshur-musiqicinin-holoqrammasi-tur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR