"Qarabağ"ın rəqibləri arasında 62 milyonluq transfer - RƏSMİ

"Qarabağ"ın rəqibləri arasında 62 milyonluq transfer -   RƏSMİ
12:57 22 Sentyabr 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri olan "Çelsi" və "Atletiko" arasında futbolçu transferi baş tutub. Fanat.Az xəbər verir ki, London klubu Dieqo Kostanı qrupdakı rəqibinə satıb.


Bu barədə "Atletiko" rəsmi açıqlama yayıb. Madrid klubuna transfer qadağası qoyulduğundan keçid yanvarda rəsmiləşəcək və Dieqo Kosta qış fasiləsindən sonra meydana çıxa biləcək. 


Klublar transferin dəyərini açıqlamayıb. Amma İspaniya mətbuatı "Atletiko"nun "Çelsi"yə 62 milyon avro ödəyəcəyini yazıb.


Qeyd edək ki, "Atletiko" 2007-ci ildə Dieqo Kostanı "Braqa"dan 1,5 milyon avroya almışdı. 2009-cu ildə onu transfer haqqı ödəmədən "Real Valyadolid"ə verən Madrid klubu bir il sonra 1 milyon avro ödəyərək geri qaytarmış və 2014-cü ildə 38 milyon avroya "Çelsi"yə satmışdı.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-rqiblri-arasnda-62-milyonluq-transfer-t60693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR