Azərbaycandakı sosial müəssisələrdən birində iki yeni ştat yaradılıb

Azərbaycandakı sosial müəssisələrdən birində iki yeni ştat yaradılıb
12:57 22 Sentyabr 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.
“Report”un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsində iki ştat yeri yaradılıb.
Bunlar hüquqşünas və psixoloq ştatlarıdır. Onların hər biri 330 manat maaş alacaq.
Qərar 2017-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/azerbaycandaki-sosial-muessiselerden-birinde-iki-yeni-stat-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR