"Qarabağ" "Sumqayıt"a qarşı - YENİLƏNİR

"Qarabağ" "Sumqayıt"a qarşı  - YENİLƏNİR
12:57 22 Sentyabr 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında VI tur başlayacaq. Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək. 


Tura Tofiq Bəhramov adına Respublika stadionunda start veriləcək. Çempionatda itkisiz irəliləyən “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək. Çempionlar Liqasında “Roma” ilə ev oyununa hazırlaşan ağdamlılar italyanlarla matça qalib ruhuyla çıxmaq istəyir. Eyni zamanda, Samir Abasovun komandası üzərində qələbə birinci pillədə qərarlaşan "Zirə"dən 1 oyun az keçirən Ağdam təmsilçisini turnir cədvəlinin liderinə çevirə bilər. Bu üzdən "kimyaçılar"ın ağır imtahan verəcəyini proqnozlaşdırmaq olar. 


Ardıcıl 7 Premyer Liqa matçında zəfərə sevinən "köhlən atlar"ın uğurlu seriyanı davam etdirmək hədəfi də var. Baş məşqçi karyerasına "Neftçi"də başlayan Qurban Qurbanov bütün rəsmi oyunlar daxil olmaqla, indiyədək 249 dəfə qələbə görüb. "Sumqayıt"ın evə əliboş yola salınması mütəxəssisin sayca 443-cü görüşdə yubiley zəfərinə qovuşmasını şərtləndirəcək.


Premyer Liqa

2017/18 möbsümü

I dövrə, VI tur


22 sentyabr 

19.00 Qarabağ - Sumqayıt

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


1. Zirə 5 4 1 0 11-4 13

2. Qarabağ 4 4 0 0 8-2 12

3. Qəbələ 5 3 1 1 8-5 10

4. İnter 5 2 1 2 6-6 7

5. Sumqayıt 5 2 1 2 5-6 7

6. Səbail 4 1 0 3 3-6 3

7. Neftçi 5 0 1 4 2-7 1

8. Kəpəz 5 0 1 4 3-10 1


Bombardirlər: Mahir Mədətov (Qarabağ), Vüsal İsgəndərli (Zirə), Riçard Qadze (Zirə) - 3.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-quotsumqaytquota-qar-t60692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR