Maşının vurduğu piyada 2 ay sonra öldü

Maşının vurduğu piyada 2 ay sonra öldü
13:09 22 Sentyabr 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmazda iki ay əvvəl maşınla vurulan piyada ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il iyulun 20-də Xaçmaz rayonunun Seyidli kəndində kənd sakini Rafiq Hacımuradov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Aşağı-Oba kənd sakini Vüsal Hacıyevi vurub.

 

Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 21-də orada ölüb.

 

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR