Nyu-Yorkda GUAM-ABŞ Birgə Bəyannaməsi qəbul edilib

Nyu-Yorkda GUAM-ABŞ Birgə Bəyannaməsi qəbul edilib
13:27 22 Sentyabr 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilən GUAM-ABŞ görüşündə iştirak edib.
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşün yekunu olaraq “GUAM-ABŞ Birgə Bəyannaməsi” qəbul edildi. Bəyannamədə GUAM-ın ABŞ-la faydalı və nəticəyönümlü əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilir.
Həmçinin, regionda sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığın qorunub-saxlanmasının geniş regional konteksdə bütün dövlətlər üçün ortaq təhlükəsizlik məkanının yaradılması istiqamətində birgə səylərin mühüm elementi olduğuna dair ortaq mövqe bir daha bəyan edilir.
Bəyannamədə GUAM regionunda münaqişələrin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişin labüdlüyü vurğulanır və GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqlik bir daha bəyan edilir. Həmçinin GUAM-a üzv dövlətlərin məruz qaldığı gücdən istifadə təhdidinin əsas narahatlıq olaraq qaldığı bildirilir.
Sənəddə BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə hörmət etməyə dair öhdəliklər və ATƏT-in fundamental sənədlərinə sadiqlik bir daha xatırlanılır.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/nyu-yorkda-guam-abs-birge-beyannamesi-qebul-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR