Hicran Hüseynova: "Məişət zorakılığından əziyyət çəkən insanlar üçün yeni müəssisələr tikilməlidir"

Hicran Hüseynova: "Məişət zorakılığından əziyyət çəkən insanlar üçün yeni müəssisələr tikilməlidir"
13:42 22 Sentyabr 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Məişət zorakılığından əziyyət çəkən insanlara hərtərəfli yardım göstərilməsi üçün yeni müəssisələrin tikilməsinə, kadrların cəlb olunmasına çox böyük ehtiyac var".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, iqtisadi böhranla əlaqədar olaraq hazırda bu cür müəssisələrin tikintisini aparmaq mümkün olmasa da, nəzərdə tutulub: "Bizim məqsədimiz, düşüncəmiz məişət zorakılığından əziyyət çəkən insanlara hansısa formada yardım göstərməkdir. Biz daha böyük fəlakətlərin qarşısını almaq üçün onlara operativ şəkildə kömək etməyə çalışırıq. Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən sığınacaqların rəhbərlərinə təşəkkür edirəm. Hərdən Dövlət Komitəsi belə aciz vəziyyətdə qalır, onlar bizə yardımçı olurlar. Bəzən axşam saatlarında bir qız uşağı tələsik gələrək onu güclə ərə verdiklərini, təzyiq göstərdiklərini, ancaq istəmədiyini, yardım etməyimizi istəyir. Biz dövlət qurumu olaraq onları hara yerləşdirəcəyimizi fikirləşirik. Hətta bəzən xanım əməkdaşlarımız onları öz evlərinə aparırlar. Amma bu, problemi həll etmir. Ona görə də belə vaxtlarda "Təmiz Dünya" İctimai Birliyinə, başqa bu cür dostlarımıza müraciət etmişik və onlar həmin xanımları sığınacaqda yerləşdiriblər".

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/meiset-zorakiligindan-eziyyet-ceken-insanlar-ucun-yeni-muessiseler-tikilmelidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR