ADO-da növbəti YARIÇILPAQ SƏHNƏ

ADO-da növbəti YARIÇILPAQ SƏHNƏ
13:48 22 Sentyabr 2017
197 Şou
Ölkə mətbuatı
A- A+

Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) yeni tamaşasını nümayiş etdirəcək.

Publika.az xəbər verir ki, nümayiş 22 sentyabr saat 20:00-da baş tutacaq.

“Göydən 3 banan düşdü” adlı tamaşanın quruluşçu rejissoru və müəllifi “ADO”nun qurucusu Elmin Bədəlovdur. Tamaşanın rəssamı Leyla Quliyevadır. Rolları isə aktyorlar Elgün Həmidov, Nurlan Süleymanlı, Aytən Əliyeva və Kamran Muradlı canlandıracaq.

Tamaşada Azərbaycan nağıllarının motivlərindən istifadə olunsa da nümayiş böyüklər üçün hazırlanıb. Eyni zamanda tamaşada milli musiqilərin təhrif olunmuş versiyasından da istifadə olunub.

Qeyd edək ki, ADO 5 ildir ki, fəaliyyət göstərir, klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/214269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR