Stiven Cerrard, Frenk Lempard və Hari Spidin adları İngiltərə futbolunun Şöhrət Zalına daxil edilib

Stiven Cerrard, Frenk Lempard və Hari Spidin adları İngiltərə futbolunun Şöhrət Zalına daxil edilib
13:52 22 Sentyabr 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Veteran futbolçular Stiven Cerrard, Frenk Lempardın adları İngiltərə futbolunun Şöhrət Zalına daxil edilib. “Report” xəbər verir ki, bu barədə Milli Futbol Muzeyinin rəsmi saytında məlumat yerləşdirilib.
Bu şərəfə layiq görülənlər arasında 2011-ci ildə 42 yaşında intihar edən Uels yığmasının kapitanı Hari Spid də var. İngiltərə Premyer Liqasında çıxış edən futbolçuların Şöhrət Zalına daxil edilmə mərasimi muzeyin yerləşdiyi Mançester şəhərində baş tutub.
Qeyd edək ki, Stiven Cerrard karyerası ərzində İngiltərə klublarından yalnız “Liverpul”un formasını geyinib. O, Çempionlar Liqasının qalibi olub. Frenk Lempard “Vest Hem”, “Çelsi” və “Mançester Siti”də forma geyinib. O, "Çelsi"də Çempionlar Liqası və Avropa Liqasını qazanıb. Hari Spid isə “Lids”, “Şeffild Yunayted” “Everton”, “Bolton” və “Nyukasl”da çıxış edib. Spid futbolçu karyerasını başa vurduqdan sonra Uels millisinin baş məşqçisi olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/stiven-cerrard-frenk-lempar-ve-hari-spidin-adlari-i-ngiltere-futbolunun-sohret-zalina-daxil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR