Son bir ayda Banqladeşə sığınan Rohingya qaçqınlarının sayı 430 min nəfəri keçib

Son bir ayda Banqladeşə sığınan Rohingya qaçqınlarının sayı 430 min nəfəri keçib
14:12 22 Sentyabr 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Son bir ayda Myanmadan Banqladeşə gedən Rohingya qaçqınlarının sayı 429 min nəfəri ötüb".
"Report" "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mətbuat katibi Coel Millman bildirib.
"Banqladeşdə 300 min rohincalı müsəlman məskunlaşmışdı, bu ölkə 2016-ci ilin oktyabrında baş verən hadisələrdən sonra isə daha 74 min nəfəri qəbul etdi. Cari il avqustun 25-dən gələn daha 429 min nəfər qaçqın isə Myanmanın Rakhayn ştatındakı zorakılıqdan qurtulub", - o deyib.
Beləliklə, Rohingya qaçqınlarının Banqladeşdə ümumi sayı 800 min nəfərdən çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/son-bir-ayda-banqladese-siginan-rohingya-qacqinlarinin-sayi-430-min-neferi-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR