Virtual reallıq dəstəkli ilk brauzer nümayiş olunub

Virtual reallıq dəstəkli ilk brauzer nümayiş olunub
14:35 22 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

“Opera” şirkəti eyniadlı brauzerin yeni versiyasını nümayiş etdirib. Əsas yenilik digər brauzerlərin malik olmadığı virtual reallıq (VR) funksiyasının dəstəklənməsinin inteqrasiya olunmasından ibarətdir.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, tərtibatçılar üçün “Opera Developer 49” versiyasında “HTC Vive”, “Oculus Rift” və “OpenVR” texnologiyası ilə uyğunluq təşkil edən digər qurğular üçün pleyer quraşdırılıb.

Məlumata görə, virtual reallıq kaskalarında 360 dərəcə formatında videodan istifadə üçün istifadəçilərdən əvvəlcə videoçarxı yükləmək, daha sonra brauzeri bağlamaq və pleyerli ayrıca proqramı işə salmaq tələb olunurdu.

Norveç şirkətinin məlumatında deyilir ki, “Opera” şirkətinin diqqəti virtual reallığın birbaşa brauzerdə göstərilməsinin yaradılmasına və tətbiqinə yönəltməsi sayəsində istifadəçilər bundan sonra virtual reallıq videosuna və standart “2D” videosuna öz virtual reallıq kaskaları vasitəsilə baxa biləcəklər.

Tərtibatçılar üçün son “Opera” versiyasında birbaşa brauzerə quraşdırılan “VR 360” pleyeri qoşulmuş virtual reallıq kaskasını avtomatik müəyyənləşdirir. İstifadəçi hər dəfə videoya baxan zaman baxış pəncərəsinin yuxarı hissəsində (videonun ayrıca pəncərəyə çıxarılması düyməsinin yanında) “Virtual reallıqda baxmaq” düyməsi görünəcək. Virtual reallıq kontentinin işə salınması üçün düymənin üzərinə basmaq tələb olunur.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-50208-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR