Əsas investorlar karbohidrogen aktivlərindən imtina edir

Əsas investorlar karbohidrogen aktivlərindən imtina edir
14:52 22 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Karbohidrogen dövrü sona çatır. 15-25 ildən sonra ənənəvi energetikanı bərpa olunan energetika əvəz edəcək".
"Report" "RBC" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Ekoloji İnvestisiyalar Mərkəzinin baş direktoru Mixail Yulkin deyib. 
Onun sözlərinə görə, məhz bu səbəbdən bu gün dünyanın maliyyə bazarının əsas oyunçuların karbohidrogen aktivlərindən çıxması müşahidə olunur. Qabaqcıl şirkətlər təmiz energetikaya investisiya etməyə başlayıblar. 
M.Yulkin onu da bildirib ki, bu tendensiyanı əsasən pensiya fondlarının investisiyalarında görmək olar: "Bu çox ciddi siqnaldır. Belə ki, bu şirkətlər əhalinin yığımlarını idarə edən dünyanın ən nəhəng investorlarıdır". 
Baş direktorun sözlərinə görə, 2017-ci ildə İsveçin pensiya fondu "Qazprom"un səhmdarları sırasından çıxıb. Norveç pensiya fondu isə fəaliyyəti Paris ekologiya anlaşmasına uyğun olmadıqda "Qazprom"un səhmlərini satacağını bildirib. 
Qeyd edək ki, bir qədər əvvəl Rokfeller xeyriyyə fondu "ExxonMobil"dəki səhmlərini satdığını açıqlayıb. Halbuki Rokfellerlər məhz "StandardOil", yəni indiki "ExxonMobil"dəki yatırımları hesabına varlanıblar. 
M.Yulkinin sözlərinə görə, hətta ənənəvi energetikadan qazanılan vəsait də yeni energetikaya yatırılır. Belə ki, "Shell" şirkəti neft-qazdan əldə etdiyi vəsaiti Hollandiyanın şimalında külək elektrik stansiyasına, cənubunda günəş energetikasına və hidrogen yanacağına yatırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/esas-investorlar-karbohidrat-aktivlerinden-imtina-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR