Rəhbərinin həbs xəbəri yayılan "AAAF Park"da nə baş verir? - Şirkət rəsmisi Lent.az-a danışdı

Rəhbərinin həbs xəbəri yayılan "AAAF Park"da nə baş verir? - Şirkət rəsmisi Lent.az-a danışdı
14:54 22 Sentyabr 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Azərbaycanda fəaliyyət gstərən məşhur tikinti şirkətlərindən olan “AAAF Park”ın əmlakına həbs qoyulduğu  və sahibinin həbs edildiyi barədə mediada xəbər yayılıb.

 

Şirkətin hüquqşünası Səbuhi Axundov yayılan xəbərlərlə bağlı Lent.az-a açıqlama verib. O bildirib ki, şirkətin əmlakına həbs qoyulması barədə yanlış məlumatların yayılmasının səbəbi bu gün Ədliyyə Nazirliyi Abşeron rayon İcra Şöbəsinin əməkdaşlarının ipoteka yükü olan əmlaklara baxış keçirməsidir: "İcra məmurları əmlakın faktiki vəziyyəti ilə tanış olublar. Bu proseduranı isə böyüdərək guya şirkətin əmlaklarına həbs qoyulduğu kimi təqdim ediblər".

 

Məlumata görə, icra məmurları şirkət rəhbərliyinə sadəcə əmlakları sata bilməyəcəkləri barədə xəbərdarlıq ediblər. 

 

S.Axundov şirkətin təsisçisi Tofiq Heydərovun həbs edilməsi xəbərinə də münasibət bildirib. O deyib ki, bu xəbər də həqiqəti əks etdirmir: “Tofiq müəllim hazırda Kosovodadır və Ağır Atletika Federasiyasının nümayəndə heyətinin tərkibində yarışda iştirak edir".

 

Qeyd edək ki, Vergilər Nazirliyində "AAAF Park"ın digər həmtəsisçisi Ruslan Xanverdiyev barəsində cinayət işi açılıb, lakin sonradan o, vergi borclarını hissə-hissə ödəməyi öhdəsinə götürdüyü üçün iş dayandırılıb. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR