“Günəşli” yatağında daha bir quyu istismara qaytarılıb

“Günəşli” yatağında daha bir quyu istismara qaytarılıb
14:57 22 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi “Günəşli” yatağındakı 3 saylı dərin dəniz özülündən 115 nömrəli quyu əsaslı işlərdən sonra istismara qaytarılıb.
“Report” SOCAR-a istinadən xəbər verir ki, məhsuldar qat çöküntülərinin VI horizontundan fontan üsulu ilə məhsul vermiş quyu 2291-2234 metr intervaldan gündəlik 190 min kubmetr qaz və 5 ton kondensat hasilatı ilə istismara daxil edilib. 
Ümumiyyətlə, bu ilin əvvəlindən “Günəşli” yatağındakı fəaliyyətsiz fondda olan 45 quyu istismara daxil edilib. Bu quyulardan yanvar-avqust aylarında ümumilikdə 125,6 mln. kubmetr qaz və 167,6 min ton neft hasil edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/gunesli-yatagindaki-115-nomreli-quyu-istismara-qaytarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR