“Total” SOCAR-ın mütəxəssisləri üçün seminarlar təşkil edib

“Total” SOCAR-ın mütəxəssisləri üçün seminarlar təşkil edib
15:07 22 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu günlərdə Fransanın “Total” şirkətinin mütəxəssisləri Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 25 nəfərlik mütəxəssis heyəti üçün təlim-seminarlar keçirib, yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparıblar.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, beş gün davam edən seminarda təlim və inkişaf sahəsi üzrə təlim ehtiyaclarının təhlili, təlim büdcəsinin işlənməsi, təlimlərin effektivliyinin ölçülməsi, kouçinq və mentorluq proqramları, elektron təlimlər və digər məsələlər, işə qəbul sahəsi üzrə müsahibə bacarıqları, davraşın səriştəsinin düzgün qiymətləndirilməsi, işə qəbulun planlaşdırılması, əmək bazarının araşdırılması və digər məsələlər, karyera planlaması sahəsi üzrə səriştələrin qiymətləndirilməsi, performansın qiymətləndirilməsi zamanı yol verilən xətalar, istedadların idarə edilməsi, karyera inkişafı, mükafatlandırma, iş analizi, insan resursları sahəsi üzrə müxtəlif qiymətləndirmə üsullarının tətbiqi və s. mövzular müzakirə edilib. “Total”ın təcrübəsi öyrənilib. Təlim-seminarları “Total”ın filiallara dəstək və inkişaf departamentinin rəhbəri Xose Mesa, Avropa və Mərkəzi Asiya regionu üzrə İnsan resursları biznes partnyoru Svetlana Buşmarinova və “Total”ın Azərbaycandakı nümayəndəliyinin İnsan Resurları üzrə meneceri Südabə Xəlilova aparıblar.
SOCAR-ın Kadr, rejim və informasiya texnoligiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov onlarla görüş keçirib. Görüşdə Fransa və Azərbaycan arasındakı elm, təlim, tədris və İR sahəsindəki əməkdaşlıq müzakirə edilib, xüsusilə “Total” və SOCAR-ın birgə həyata keçirdiyi Təqaüd proqramının uğurlu nəticələri qeyd edilib. O, bildirib ki, 2008-ci ildən bu günə qədər “Total” və SOCAR əməkdaşlığı çərçivəsində 28 nəfər azərbaycanlı gənc Fransada təhsil alıb ölkəyə qayıdıb.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/total-socar-in-mutexessisleri-ucun-seminarlar-teskil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR