“Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında

“Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında
15:09 22 Sentyabr 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Avropa İttifaqı “Avtobus turu 2017” layihəsi çərçivəsində “Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında olublar.

 

Lent.az-ın məlumatına görə, filialın tələbələri ilə görüşən layihə nümayəndələri onlara Avropa İttifaqı, Avropa ölkələrinin mədəniyyəti haqqında məlumat verib, təhsil imkanlarından danışıblar. Kiçik və orta sahibkarlıq üçün marketinq, brendinq, qeyri və sosial media marketinqi mövzusunda ustad dərsləri təşkil ediblər. Avropa İttifaqının Azərbaycanla əlaqəsi haqqında ətraflı məlumat verilən tədbirdə gənclər üçün “Erasmus+”, “Avropanın Gənc Səfirləri” proqramlarının təqdimatları da təşkil olunub. Tələbələr biznes sirlərindən bəhs edən kitablar, Avropa İttifaqının fəaliyyətini özündə əks etdirən stend və rəsm sərgilərini maraqla qarşılayıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR