Hindistan hərbçiləri Kəşmiri top atəşinə tutub: 6 nəfər ölüb, 26 nəfər yaralanıb

Hindistan hərbçiləri Kəşmiri top atəşinə tutub: 6 nəfər ölüb, 26 nəfər yaralanıb
15:32 22 Sentyabr 2017
107 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Hindistan hərbçilərinin Pakistanın nəzarəti altında olan Kəşmir və Cammu bölgəsinin topa tutuması nəticəsində 6 nəfər ölüb, 26 nəfər yaralanıb.
“Report” TRT-yə istinadən xəbər verir ki, bu haqda Pakistan Müdafiə Ordusu məlumat yayıb.
İnformasiyaya əsasən, ölənlərdən 4-ü qadın, yaralananlardan isə 15-i qadın, 5-i uşaqdır.
Pakistan hərbçiləri atəşə cavab veriblər. 2003-cü ildə Hindistanla Pakistan arasında atəşkəs əldə edilmişdi. Ancaq ötən müddət ərzində atəşkəsin pozulduğu haqda məlumatlar yayılıb. Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edir.
1947-ci ildən indiyədək Cammu və Kəşmirdəki münaqişə nəticəsində 70 min nəfər ölüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistan-herbcileri-kesmiri-top-atesine-tutub-6-nefer-olub-26-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR