QHT Şurası Mingəçevirdə regional konfrans keçirib

QHT Şurası Mingəçevirdə regional konfrans keçirib
15:39 22 Sentyabr 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sentyabrın 22-də Mingəçevirdə “QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” mövzusunda regional konfrans keçirib. Şuradan Lent.az-a verilən məlumata görə, konfransda Ağcabədi, Yevlax, Qəbələ, Beyləqan, Bərdə, Oğuz, Kürdəmir, Goyçay, Zaqatala, Goranboy, Zərdab, İsmayıllı QHT-ləri və yerli icra hakimiyyəti nümayəndələri iştirak edib.

 

Toplantıda çıxış edən Mingəçevir şəhər icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev dövlətin davamlı dəstəyi nəticəsində artıq QHT-lərin regionlarda da aparıcı ictimai təsisatlara çevrildiyini bildirib. QHT-lərin inkişafı üçün zəruri imkanların yaradıldığını bildirən S. Əliyev yerli QHT-lərlə səmərli əməkdaşlıq etdiklərini deyib.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, şura sədrinin müavini Vüsal Quliyev bildirib ki, Azərbaycan cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil. QHT-lərin ictimai problemlərin həllində iştirakları, təşəbbüskarlıqları il-ildən daha da artmaqdadır. V. Quliyev regionlarda QHT-lərin yerli icra qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurmasının diqqət mərkəzində saxlanıldığını qeyd edib.

 

Konfransda “QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri” mövzusunda geniş məruzə ilə çıxış edən Şura Katibliyini icraçı direktoru Fərasət Qurbanov artıq QHT-hökumət münasibətlərinin əməkdaşlıqdan tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb: “QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. Dövlət QHT-lərin inkişafı üçün zəruri olan bütün addımları atır. QHT-lər hər il sosial, humanitar, ekoloji, iqtisadi və sahələr üzrə yüzlərə layihə həyata keçirərək cəmiyyətin maariflənməsinə, ictimai problemlərin həllinə töhfələrini verirlər”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR