Bakıda voleybolçu qadınlar arasında Avropa çempionatı start götürüb

Bakıda voleybolçu qadınlar arasında Avropa çempionatı start götürüb
15:42 22 Sentyabr 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Avropa çempionatına start verilib. "Report"un məlumatına görə, Azərbaycan və Gürcüstanda təşkil olunan yarışın ilk oyunu Bakıdakı Milli Gimnastika Arenasında keçirilir.
C qrupunda yer alan Ukrayna və Rusiya yığmaları üz-üzə gəlir. Görüşü polşalı Pavel Burkeviçlə xorvatiyalı Kseniya Yurkoviç idarə edir.
Bu qrupda ilk turun digər qarşılaşması sentyabrın 23-də Bolqarıstan və Ukrayna milliləri arasında baş tutacaq.
Qeyd edək ki, ilk tur çərçivəsində bu gün daha 3 qrupda 6 oyun keçiriləcək:
A qrupu
18:00. Macarıstan – Azərbaycan
20:30. Almaniya – Polşa
Bakı. Milli Gimnastika Arenası
B qrupu
18:00. İtaliya – Gürcüstan
21:00. Belarus – Xorvatiya
Tbilisi. Yeni İdman Sarayı
D qrupu

17:00. Serbiya – Çexiya
20:00. Hollandiya Belçika
Göygöl. Olimpiya İdman Kompleksi

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/bakida-voleybolcu-qadinlar-arasinda-avropa-cempionati-start-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR