Almaniya Vyetnamla strateji tərəfdaşlığı dayandırır

Almaniya Vyetnamla strateji tərəfdaşlığı dayandırır
17:17 22 Sentyabr 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Berlində Vyetnamlı sahibkarın oğurlanması ilə əlaqədar Almaniya hakimiyyəti Vyetnamla strateji tərəfdaşlığı dayandırmaq qərarına gəlib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Almaniya Federativ Respublikasının torpağında insanların oğurlanması yolverilməzdir. Nəyin baş verdiyinin konkret sübutları var və onlar vaxtı gələndə ictimaiyyətə təqdim olunacaq", - Almaniya Federativ Respublikasının (AFR) Xarici İşlər Nazirliyindən (XİN) deyiblər.
Nazirlikdən Almaniya Baş Prokurorluğu tərəfindən aparılan araşdırmaların hələ davam etdiyini bildiriblər.
XİN-dən deyiblər ki, söhbət Almaniya qanunvericiliyinin və beynəlxalq hüququn kobudcasına pozulmasından gedir və Berlin buna göz yummaq fikrində deyil: "Dünən biz səfirə Vyetnamla strateji tərəfdaşlığın müvvəqəti dayandırılması barədə bildirdik".
Xatırladaq ki, iyulun 23-də Berlinin mərkəzindəki Tirqarten parkında 51 yaşlı kişi qaçırılıb. Şahidlərin sözlərinə görə, onu güclə maşına əyləşdirib naməlum istiqamətə aparıblar. Daha sonra qaçırılmış Vyetnamın "Petro Vietnam Construction Corporation" dövlət korporasiyasının keçmiş rəhbərini Hanoidə görüblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniya-vyetnamla-strateji-terefdasligi-dayandirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR