Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"
17:22 22 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ OPEC+ anlaşmasının iştirakçıları 2017-ci ilin II yarısında neftə olan tələbatın 2 mln. barel/gün artacağını proqnozlaşdırırlar. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu OPEC+ neft nazirlərinin Monitorinq Komitəsinin bu gün keçirilən iclasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
"İlin ilk yarısı ilə müqayisədə neftə tələbatın 2 mln. barel/gün artacağını ehtimal edirik", - deyə nazir qeyd edib. Nazir əlavə edib ki, OPEC+ iştirakçıları 2018-ci ilin mart ayından sonrakı dövr üçün də strategiya işləyib hazırlamalıdır.
Xatırladaq ki, bu gün Vyanada keçirilən iclasda OPEC+ anlaşmasından azad olunan Nigeriya və Liviyanın neft hasilatı müzakirə olunacaq. Nigeriyanın neft naziri bugünkü açıqlamalarında OPEC+ anlaşmasına qoşula biləcəklərini qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/novak-bu-ilin-ii-yarisinda-nefte-telebat-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR