İspaniya Kataloniyaya ordu yeritdi

İspaniya Kataloniyaya ordu yeritdi
17:33 22 Sentyabr 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniya hökuməti Kataloniyaya xüsusui təyinatlı polis ordusu göndərib.

Publika.az xəbər verir ki, hökumət bunu qanundankənar elan edilməsinə rəğmən 1 oktyabrda keçiriləcək müstəqillik referendumundan dolayı küçələrdə yaranan gərginliyin azaldılması üçün etdiyini açıqlayıb.

İspaniyanın daxili işlər naziri Xuan İqnasio Zoido hökumətin təhlükəsizlik və jandarm dəstlərini göndərmək qərarı haqqında Kataloniyanın daxili işlər naziri J.Forna bilgi verib.

Kataloniya hökumətinin sözçüsü Jordi Turull isə ölkəsinin qorunmağa ehtiyacı olmadığını bildirib:

“Bizim xüsusi dəstələrə ehtiyacımız yoxdur. Bunu bütün dünya görür. İspaniya hökuməti Kataloniyada yaşananlarla bağlı fərqli təəssürat yaratmaq istəyir. İndiyə qədər küçələrdə heç bir mənfi hala rast gəlinməyib. Bütün dünya Kataloniyada xalqın çiçəklərlə nümayiş etdiyini görür”.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR