Azərbaycanlı müğənni həyat yoldaşı ilə Dubayda konsert verdi - VİDEO

Azərbaycanlı müğənni həyat yoldaşı ilə Dubayda konsert verdi - VİDEO
17:48 22 Sentyabr 2017
363 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış azərbaycanlı opera ifaçısı Yusif Eyvazov Dubayda konsert proqramı ilə çıxış edib.

Publika.az xəbər verir ki, anşlaqla keçən konsertdə o, həyat yoldaşı, rusiyalı opera müğənnisi Anna Netrebko ilə səhnədə olub.

İllik 7,5 milyon dollar gəliri olan rusiyalı ifaçı və həmyerlimizin Dubay operasında gerçəkləşən konsertində 2000-ə yaxın adam iştirak edib.

Səhnədən alqışlarla yola salınan ifaçılar, tamaşaçıların israrından sonra geriyə qayıdaraq, bir mahnı da oxuyublar.

Konsertdən olan özəl görüntüləri təqdim edirik:

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/214302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR