"Technol"un sponsorluğu ilə Bakıda Şahmat Turniri keçiriləcək

"Technol"un sponsorluğu ilə Bakıda Şahmat Turniri keçiriləcək
17:52 22 Sentyabr 2017
119 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-də Bakıda Beynəlxalq “Yay festivalı 2017” şahmat turniri start götürəcək. "Report"un məlumatına görə, 9 gün davam edəcək turnirdə ümumilikdə 200-ə yaxın şahmatçı mübarizə aparacaq.
Respublika Şahmat Mərkəzində 4 kateqoriya üzrə keçiriləcək yarışın mükafat fondu 3000 manatdır. Təşkilatçı "Ağ Top" şahmat klubu, baş sponsor "Technol" şirkətidir. "Technol"dan "Report"a bildirilib ki, bu kimi tədbirlərə sponsor olmaq yerli şirkət olaraq çox önəmlidir: “Ölkəmizdə bu kimi intellektual yarışların keçirilməsi hamı üçün sevindirici haldır. Şirkət olaraq, biz hər zaman bu kimi tədbirlərə dəstək olmağa hazırıq”. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/technol-un-sponsorlugu-ile-bakida-sahmat-turniri-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR