Mingəçevirdə top mərmisi tapılıb

Mingəçevirdə top mərmisi tapılıb
18:02 22 Sentyabr 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində top mərmisi tapılıb. 
Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib. 
Məlumata görə, sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Mingəçevir şəhərində Daş bazarının yaxınlığında partlamamış mərminin olması barədə məlumatlar daxil olub: "Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 76 mm-lik top mərmisi (OF-343) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərminin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib".




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-top-mermisi-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR