Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
18:18 22 Sentyabr 2017
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:

- 2-ci hissədə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini,” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini,” sözləri ilə əvəz edilsin, “Azərbaycan Respublikası Prezidentinin köməkçisi,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi,” sözləri əlavə edilsin.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/214307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR