Avropa çempionatı: Açılış oyununda Rusiya Ukraynaya qalib gəlib

Avropa çempionatı: Açılış oyununda Rusiya Ukraynaya qalib gəlib
18:22 22 Sentyabr 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Qadın voleybolçular arasında Bakıda keçirilən Avropa çempionatının I turu çərçivəsində ilk oyun baş tutub. 
“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında Ukrayna və Rusiya yığmaları üz-üzə gəliblər. C qrupuna təsadüf edən görüşün taleyi "tay-breyk"də həll olunub. Matç ərzində hesabda iki dəfə önə keçməsinə baxmayaraq, Rusiya rəqibinə çətinliklə qalib gəlib – 3:2. Bu nəticədən sonra Rusiya 2, Ukrayna 1 xal toplayıb. 
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan yığması ilk oyunda Macarıstan millisi ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 18:00-da start götürəcək.
Avropa çempionatı 
C qrupu, I tur 
Ukrayna – Rusiya 2:3 (18:25, 25:20, 23:25, 25:23, 13:15)
Milli Gimnastika Arenası

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/avropa-cempionati-acilis-oyununda-rusiya-ukraynaya-tay-breyk-de-qalib-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR